07 Fevral 2026, 14:45
FUTBOL
Türkiyə millisinin və "Yuventus"un cinah oyunçusu Kenan Yıldız Turin klubu ilə müqaviləsini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, tərəflər yeni 4 illik müqavilə imzalamaq barədə razılığa gəliblər. Yıldızın maaşı artacaq və bu da 20 yaşlı futbolçunu komandanın ən çox qazanan oyunçularından birinə çevirəcək.
Qeyd edək ki, bu mövsüm türk hücumçu A Seriyasında 22 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.












