18 Aprel 2026, 10:46
FUTBOL
"Santos"un hücumçusu Neymar MLS klubu "Sinsinnati"nin maraq dairəsinə düşdüyü barədə yayılan xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.
"Düzünü desəm, bu barədə heç nə bilmirəm", - deyə Neymar açıqlama verib.
34 yaşlı braziliyalının 2026-cı ilin sonunda başa çatacaq hazırkı müqaviləsinin müddətini uzatmaq niyyətində olduğu bildirilir.
Qeyd edək ki, Neymar bu mövsüm 8 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt"da futbolçunun dəyəri 10 milyon avrodur.












