07 Fevral 2026, 17:44
FUTBOL
"Strasburq"un 18 yaşlı fransız cinah oyunçusu Rayan Messi Səudiyyə Ərəbistanının Pro Liqa klubu "Neom"a keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Asiya klubunun mətbuat xidməti paylaşıb.
Bildirilir ki, gənc yarımmüdafiəçi "Neom"da icarə əsasında oynayacaq. Fransalı futbolçunun icarəsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rayan Messi 2024-cü ilin avqust ayından bəri "Strasburq"da oynayır. O, 2025/2026 mövsümünün ilk hissəsini Liqa 2 klubu "Pau"da icarə əsasında keçirib. Yarımmüdafiəçi ölkənin ikinci dərəcəli liqasında 14 oyun keçirib və 2 qol vurub.












