14 Fevral 2026, 19:17
FUTBOL
"Çelsi" və "Aston Villa" yanvar ayında "Tottenhem"in yarımmüdafiəçisi Lukas Berqvalı transfer etməyə çalışıblar.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Bildirilir ki, "Tottenhem" hər iki təklifi rədd edib, lakin bu yay oyunçunu satmağı düşünə bilərlər. Futbolçu ilə İngiltərə xaricindəki komandaların da maraqlandığı qeyd edilir.
Bu mövsüm isveçli futbolçu 26 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt"da yarımmüdafiəçinin hazırkı dəyəri 40 milyon avrodur. Onun "Tottenhem"lə müqaviləsi 2031-ci ilin yayına qədərdir.












