"Real"ın hücumçuları Kilian Mbappe və Vinisius Junior komandanın şam yeməyindən sonra Madrid restoranlarından birində 1000 avrodan çox pul ödəyiblər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, şam yeməyi futbolçuların komanda ruhunu və motivasiyasını yüksəltmək məqsədi ilə təşkil olunub. Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa və onun köməkçiləri orada olmayıblar.

Qeyd edək ki, şam yeməyi fevralın 17-də keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika"ya qarşı ilk oyunundan bir həftə əvvəl baş tutub. Liqa mərhələinin 8-ci tur matçında "Kral Klubu" Lissabon komandasına 2:4 hesabı ilə məğlub olub.

İspaniya çempionatının 23 turundan sonra "Real" 57 xalla ikinci sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest