"Barselona"nın baş məşqçisi Hans-Dieter Flik "Atletiko"ya qarşı Kral Kuboku yarımfinalının cavab oyunu üçün "taktiki inqilab" hazırlayır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Touchline" nəşri paylaşıb.

Bildirilir ki, Kataloniya klubu hücumda daha aqresiv oyun numayiş etdirərsə, 4 top fərqini aradan qaldıra biləcəyinə əmindir. Hücumçular Robert Levandovski, Markus Reşford, Rafinya və Lamin Yamal start heyətdə yer ala bilərlər.

Xatırladaq ki, "Barselona" Kral Kuboku yarımfinalının ilk oyununda 0:4 hesabı ilə məğlub olub. Flikin komandası qolların hamısını ilk hissədə buraxıb. Cavab qarşılaşması martın 3-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest