23 Fevral 2026, 20:04
ÇEMPİONLAR LİQASI
UEFA "Benfika"nın futbolçusu Canluka Prestianniyə bir oyunluq müvəqqəti diskvalifikasiya tətbiq edib.
Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
Bu qərar, UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Real"la ilk matçı zamanı baş verən insidentin araşdırılması çərçivəsində verilib. 20 yaşlı futbolçu Vinisius Juniora qarşı irqçilik etməkdə ittiham olunur.
Argentinalı vinger cavab görüşündə iştirak edə bilməyəcək. Qarşılaşma 25 favral tarixində Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. İlk oyunun "Real"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.












