23 Fevral 2026, 22:06
FUTBOL
"Mançester Yunayted"in müdafiəçi Leni Yoro sürücülük hüququndan məhrum edilib.
Matc.az xəbər verir ki, bu barədə BBC televiziyası məlumat yayıb.
Fransalı futbolçu "Porşe" markalı avtomobillə məktəb və evlərin yerləşdiyi ərazidən 112 km/saat sürətlə keçib. Buna görə də Yoro 6 ay müddətində avtomobil idarə edə bilməyəcək.
20 yaşlı mərkəz həmçinin 666 funt-sterlinq məbləğində cərimələnib.
Qeyd edək ki, Leni Yoro bu mövsüm "Mançester Yunayted"in heyətində keçirdiyi 24 oyunda 1 qol ötürməsi edib.


_1771884853.jpg)









