23 Fevral 2026, 20:25
FUTBOL
"Yuventus" baş məşqçi Luçano Spalettini istefaya göndərə bilər.
Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
66 yaşlı mütəxəssisin taleyi iki oyundan asılıdır. "Ağ-qaralar" UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qalatasaray"la cavab oyunu və A Seriyasının "Roma" ilə matçında qələbə qazana bilməsə italiyalı çalışdırıcı ilə yollar ayrılacaq.
Qeyd edək ki, Luçano Spaletti 2025-ci ilin 30 oktyabr tarixində "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunub.












