Kürasao milli komandasının baş məşqçisi Dik Advokat vəzifəsindən ayrılıb.

Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis öz istəyi ilə istefa verib.

78 yaşlı çalışdırıcı ailəvə səbəblərə görə postunu tərk etdiyini bildirib.

Qeyd edək ki, Dik Advokat 2025-ci ilin yanvarında Kürasao yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Ada təmsilçisi tarixi ərzində ilk dəfə onun rəhbərliyi altında dünya çempionatına vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest