"Barselona"nın qapıçısı Yasper Silessen karyerasını "Valensiya"da davam etdirəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya millisinin üzvü "yarasalar"la artıq anlaşıb.

Yeni komandasında tibbi müayinədən keçən qolkiperin tezliklə "Valensiya"nın oyunçusu kimi təqdim edilməsi gözlənilir. Silessenin anlaşma şərtləri hələlik açıqlanmasa da, bunun qarşılığında "Valensiya"nın qapıçısı Netonun qarşı tərəfə keçməsi ehtimal edilir.

Qeyd edək ki, 30 yaşlı Silessen ötən mövsüm La Liqada 3 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest