"Qalatasaray" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyununda "Yuventus"a 2:3 hesabı ilə məğlub olsa da, növbəti raunda yüksəlib.

Matc.az xəbər verir ki, əlavə vaxtda İstanbul təmsilçisinin ilk qolunu vuran Viktor Osimhen sevinməməsinin səbəbini açıqlayıb. Nigeriyalı forvard rəqibdən pis oynadıqları üçün sevinməyə ehtiyac duymadığını bildirib:

"Qoldan sonra sevinmədim. Buna ehtiyac yox idi. Səbəbini izah edim. Birincisi, sevdiyim və karyeramda mühüm rol oynamış Luçano Spallettiyə ("Yuventus"un baş məşqçisi) hörmət edirəm. İkincisi isə 10 nəfərlə qalmış rəqibimizə qarşı pis oynadıq. Mən hisslərini gizlədən futbolçu deyiləm. Bu gün "Yuventus" azarkeşləri komandalarını alqışladılar, çünki daha yaxşı oynadılar. Lakin növbəti mərhələyə yüksəldiyimiz üçün əlbəttə ki, çox xoşbəxtəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest