26 Fevral 2026, 11:33
FUTBOL
İcarə əsasında "Marsel"də çıxış edən Benjamin Pavar Almaniyaya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
"Borussiya" fransalı mərkəz müdafiəçisini transfer etmək istəyir. Dortmund təmsilçisi Pavarı yayda komandadan ayrılacağı gözlənilən Niko Şlotterbekin davamçısı kimi düşünür.
Qeyd edək ki, "Marsel" Benjamin Pavarı mövsümün əvvəlində "İnter"dən icarəyə götürüb. 29 yaşlı futbolçu Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib. Fransa millisinin üzvü Almaniyada "Ştutqart" və "Bavariya"da çıxış edib.












