26 Fevral 2026, 10:56
FUTBOL
"Beşiktaş" "Nottingem Forest"dən icarəyə götürdüyü Jota Silva ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, İstanbul nəhəngi portuqaliyalı vingerin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
Silvanın performansı baş məşqçi Sergen Yalçını qane etmir. Buna görə də "qara qartallar" 17 milyon avroluq satınalma bəndini işə salmayacaq. 26 yaşlı futbolçu mövsüm başa çatdıqdaqn sonra müqavilə ilə məxsus olduğu "Nottingem Forest"ə qayıdacaq.
Qeyd edək ki, "Beşiktaş" Jota Silvanı 2025-ci ilin yayında icarəyə götürüb. Portuqaliya millisinin sabiq üzvü "ağ-qaralar"ın heyətində keçirdiyi 14 oyunda 3 qol vurub.












