"Atalanta"nın müdafiəçisi Onest Aanor karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.

"Mançester Siti" və "Arsenal" nigeriyalı futbolçunu transfer etmək istəyir. Hər iki klub Aanor üçün İtaliya klubuna 35 milyon avro ödəməyə hazırdır.

18 yaşlı mərkəz müdafiəçisi ilə "Çelsi" də maraqlanır.

Qeyd edək ki, Onest Aanor bu mövsüm "Atalanta"nın heyətində keçirdiyi 25 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest