27 Fevral 2026, 14:59
ÇEMPİONLAR LİQASI
"Bura qayıtmaq üçün mübarizə aparacağıq. İndi qarşıda bizi nələrin gözlədiyinə diqqət yetirməliyik".
"Qarabağ"ın futbolçusu Joni Montiel instaqram hesabında paylaşım edib.
Matc.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi komandanın Çempionlar Liqasındakı mübarizəsi haqda yazıb. Montiel turniri başıuca tərk etdiklərini bildirib:
"Çempionlar Liqasını başımız uca tərk edirik. Dünyanın ən yaxşı klubları və ən yaxşı oyunçuları ilə yarışırdıq. Birlikdə vacib bir şeyə nail olduq. Bura qayıtmaq üçün mübarizə aparacağıq. İndi qarşıda bizi nələrin gözlədiyinə diqqət yetirməliyik".












