27 Fevral 2026, 17:07
FUTBOL
"Sportinq"in hücumçusu Luis Suares karyerasını İngiltərə Prmeyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Liverpul" kolumbiyalı forvardı transfer etmək istəyir. Mersisayd təmsilçisi 28 yaşlı futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Luis Suares bu mövsüm "Sportinq"in heyətində keçirdiyi 36 oyunda 27 qol vurub, 6 qol ötürməsi edib.












