Domeniko Tedesko "Fənərbaxça" məşqçiləri arasında Türkiyə çempionatında ən uzun məğlubiyyətsiz seriya rekordunu qırıb.

Matc.az xəbər verir ki, Türkiyə Superliqasının 24-cü turunda İstanbul klubu səfərdə "Antalyaspor"la 2:2 hesabı ilə heç-heçə edib.

Beləliklə, "Fənərbaxça" Tedeskonun təyinatından bəri Türkiyə çempionatında 21 oyundur məğlub olmur - 13 qələbə, 8 heç-heçə.

Bu nəticə ilə Tedesko, Oskar Holdun (1964-cü ilin oktyabrından 1965-ci ilin fevralına qədər - 19 matç) rekordunu qırıb.

Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Superliqasında 24 oyundan sonra 54 xalla ikinci yerdədir. "Qalatasaray" isə 58 xalla turnir cədvəlinə liderlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest