İtaliya futbol çempionatının 27-ci turu çərçivəsində keçirilən "Kremoneze" – "Milan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matc.az xəbər verir ki, Massimiliano Alleqrinin yetirmələrinin bu qalibiyyəti itki ilə müşayiət olunub.

Milan klubunun gənc müdafiəçisi Davide Bartesaqi qarşılaşma zamanı zədələnib. Tibbi müayinələrin ilkin nəticələrinə görə, gənc oyunçunun bərpa müddəti hələ dəqiq bilinməsə də, onun növbəti həftə keçiriləcək "İnter"lə derbi matçını buraxacağı dəqiqləşib.

Qeyd edək ki, "Milan" bu qələbədən sonra xallarını 57-yə çatdıraraq turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest