02 Mart 2026, 11:00
FUTBOL
"Arsenal" Premyer Liqanın 28-ci turunda "Çelsi"yə qarşı oyunda künc zərbələrindən iki qol vurub.
Matc.az xəbər verir ki, "topçular" bu mövsüm Premyer Liqada standart zərbələrdən vurduqları qolların ümumi sayını 16-ya çatdıraraq turnir rekordunu təkrarlayıblar.
Bundan əvvəl bu göstəriciyə 2023/2024 mövsümündə "Oldham Atletik" (1992/1993), "Vest Bromviç Albion" (2016/2017) və "Arsenal"ın özü nail ola bilib" (2023/2024).
Qeyd edək ki, "Arsenal" "Çelsi" ilə oyunda 2:1 hesabı ilə qələbə qazanaraq xallarının sayını 64-ə çatdırıb və turnir cədvəlindəki liderliyini daha da möhkəmləndirib.












