28 Fevral 2026, 21:16
FUTBOL
"Qarabağ" Misli Premyer Liqasının XXII turunda ev oyununda "Sabah"ı qəbul edəcək.
Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma üçün artıq 9500 bilet satılıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10 və 20 manat aralığında dəyişir.
Biletləri iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" – "Sabah" qarşılaşması 1 mart tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.












