04 Mart 2026, 10:47
FUTBOL
Bizon üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu bu gün keçiriləcək.
Matc.az xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.
Şamaxıdakı ilk qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi növbəti raundda "Sabah" - "Qəbələ" duelinin güclüsü ilə görüşəcək.
Bizon Azərbaycan Kuboku
1/4 final, cavab oyunu
3 mart (çərşənbə axşamı)
19:00. "Qarabağ" - "Şamaxı"



_1772624114.png)







