Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
Matc.az xəbər verir ki, ilk gündə bir qarşılaşma baş tutub.
"Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Paytaxt klubu iki cavabsız qolla qələbə qazanıb. Komandalar arasındakı ilk oyun qolsuz bərabərliklə yekunlaşıb. İki oyunun nəticəsinə əsasən "Zirə" yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, digər qarşılaşmalar 4-5 mart tarixlərində keçiriləcək.
Bizon Azərbaycan Kuboku
1/4 final, cavab oyunu
3 mart (çərşənbə axşamı)
“Zirə” – “Sumqayıt” - 2:0
Qollar: David Volkov, 27, Ceyhun Nuriyev, 88
Qırmızı vərəqə: Nikola Ninkoviç, 84
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 19:00
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 4. Ruan Renato 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 73. Anatoli Nuriyev 14. Elçin Əlicanov 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 22. Eren Aydın
Baş məşqçi: Rəşad Sadıqov
“Sumqayıt”: 1. Mehdi Cənnətov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 9. Aleksandr Ramalinqom 33. Danilo Beskorovaynıy 71. Masaki Murata 80. Keffel Resende 95. Nsana Simon 11. Aleksa Yankoviç 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Murad Ağamalıyev 29. Emil Mustafayev 24. Sənan Muradlı 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 72. Rayan Senhadji 6. Sedrik Badalo
Baş məşqçi: Saşa İliç












