"İnter" İtaliya millisinin hücumçusu Françesko Pio Espozitonu "Arsenal"a satmaqdan imtina edib.
Matc.az xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb.
London klubu bir müddətdir ki, 20 yaşlı futbolçunun irəliləyişini izləyib. Bu ilin yanvar ayında Espozito "İnter"in Çempionlar Liqasında "Arsenal"a qarşı matçda yaxşı oyun sərgiləyib.
"Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçunun performansını bəyənib və o, klubun idman direktoru Andrea Bertadan hücumçunun mümkün transferi ilə bağlı məlumat toplamasını istəyib. Berta "İnter" rəhbərliyi ilə əlaqə saxlayıb. "Milan"ın idman direktoru Pyero Ausilio bildirib ki, "İnter" Espozitonu satmağı düşünmür və onu uzunmüddətli layihənin vacib hissəsi hesab edir.
Qeyd edək ki, bu mövsüm Espozito "İnter"də bütün yarışlarda 36 oyunda 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2030-cu ilin yayına qədərdir və transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir. 20 yaşlı futbolçu İtaliya millisində 5 oyunda 3 qol vurub.











