"Barselona" yayda müdafiə xəttini yeniləməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

İspaniya çempionunun satışa çıxaracağı oyunçulardan biri Ronald Arauxodur. Kataloniya təmsilçisi uruqvaylaı futbolçunun satışından 30 milyon avro gəlir əldə etməyi planlaşdırır.

"Nyukasl", PSJ, "Bavariya", "İnter" və "Liverpul" 27 yaşlı mərkəz müdafiəçisi ilə yaxından maraqlanır.

Qeyd edək ki, Ronald Arauxo bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 26 oyunda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest