11 Mart 2026, 17:45
DÇ-2026
İran yayda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Matc.az xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Əhməd Dünyamalı məlumat verib.
Nazir bunun səbəbi kimi hazırkı siyasi və hərbi vəziyyəti göstərib. Dünyamalı bildirib ki, bu şəraitdə turnirdə normal şərtlər altında iştirak etmək mümkün deyil.
Bu qərar İranın mundialdakı iştirakını sual altına qoyub. Komanda Belçika, Yeni Zelandiya və Misir milliləri ilə B qrupunda yer alıb.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.












