"Barselona" "Çelsi"nin 26 yaşlı portuqaliyalı cinah oyunçusu Pedro Netonu transfer etməkdə maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya klubunun rəhbərliyi hücum cinahlarını gücləndirmək üçün oyunçunu bir seçim kimi nəzərdən keçirir. "Barselona"nın idman direktoru Deko ilə oyunçunun agenti Xorxe Mendeş arasındakı yaxşı münasibətlər, eləcə də futbolçunun sərbəst qalma bəndi mümkün transferi asanlaşdıra bilər.

"Transfermarkt"da portuqaliyalı oyunçunun dəyəri 60 milyon avrodur və onun londonlularla hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir.

Bu mövsüm cinah oyunçusu bütün yarışlarda 42 oyunda iştirak edib, 10 qol vurub və 6məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest