17 Mart 2026, 19:38
FUTBOL
Məşhur argentinalı qapıçı Serxio Romero 39 yaşında karyerasını bitirmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Romeronun son klubu 2025-ci ilin sonunda ayrıldığı "Argentinos Juniors" olub. O vaxtdan bəri veteran azad agentdir.
Romero karyerası ərzində "Rasinq", "AZ Alkmaar", "Sampdoria", "Monako", "Mançester Yunayted", "Venesiya" və "Boka Cuniors" kimi klublarda da oynayıb. O, 2008-ci ildən 2018-ci ilə qədər Argentina millisində 96 oyun keçirib və 2014-cü il dünya çempionatında ikinci yeri tutub.
Romero futboldan ayrıldıqdan sonra futbolda qalmağı planlaşdırır və məşqçilikdə özünü sınamaq istəyir.












