Əfsanəvi italiyalı qapıçı Canluici Buffon "Yuventus"a qayıdır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 41 yaşlı qolkiper Turin klubu ilə hərtərəfli anlaşıb.

Buffon köhnə-yeni komandası ilə 1 illik sözləşməni razılaşdırıb və bu müddətdə qazancı 1,5 milyon avro təşkil edəcək. Onun PSJ ilə müqavilə müddəti başa çatdığından, bu keçid "qoca sinyora"ya havayı başa gəlib.

Qeyd edək ki, 2001-2018-ci illərdə "Yuventus"un formasını geyinmiş Canluici Buffon PSJ-yə ötən ilin yayında məhz İtaliya çempionundan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest