UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.

Matc.az xəbər verir ki, "Qalatasaray" səfərdə "Liverpul"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İki oyunun nəticəsinə əsasən 4:1 hesablı üstünlük əldə edən İngiltərə çempionu növbəti raunda yüksəlib. Mersisayd təmsilçisi 1/4 finalda PSJ ilə qarşılaşacaq.

"Liverpul" (İngiltərə) – "Qalatasaray" (Türkiyə) - 4:0
Qollar:
Dominik Soboslayi, 25, Uqo Ekitike, 51, Rayan Qravenberx, 53, Məhəmməd Salah, 62
(İlk oyun - 0:1)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest