“Araz-Naxçıvan”ın iki üzvü - Kristian Avram və Felipe Santos milli komandalara dəvət alıb.

Matc.az xəbər verir ki, qolkiper Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək.

Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq. O, martın 27-də Fələstin, ayın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest