20 Mart 2026, 16:35
FUTBOL
"Real" mövsümün sonunda müqaviləsi başa çatan Antonio Rüdigerlə bağlı qərar verib.
Matc.az xəbər verir ki, Madrid təmsilçisi almaniyalı futbolçunu komandada saxlamağı planlaşdırır. Bu barədə "Marca" nəşri məlumat yayıb.
"Kral klubu" Rüdigerin müqaviləsinin müddətini uzadacaq. Artıq 33 yaşlı mərkəz müdafiəçisi ilə yeni sözləşmə üçün danışıqlar başlayıb.
Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 17 oyunda 1 qol vurub.


_1774027941.jpg)









