20 Mart 2026, 17:36
FUTBOL
"Fənərbaxça" futbolçusu Fred ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Bolavip" məlumat yayıb.
"Atletiko Mineyro" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir. 33 yaşlı oyunçu özü də A Seriyası təmsilçisinə keçmək ehtimalını ciddi şəkildə dəyərləndirir.
Qeyd edək ki, Fred bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 39 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.




_1759308746.jpg)







