30 Mart 2026, 00:21
FUTBOL
"Barselona" portuqaliyalı sağ cinah müdafiəçisi Joao Kanselonu transfer etmək üçün Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıqlara başlayıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira yayıb.
Bildirilir ki, oyunçunun özü Kataloniya klubunda qalmaqda israrlıdır.
"Əl-Hilal"ın futbolçusu olan 31 yaşlı müdafiəçi hazırda "Barselona"da 2026-cı il iyunun 30-dək nəzərdə tutulan icarə müqaviləsi əsasında oynayır.
Daha əvvəl, Kanselo "Barselona"da 2023/24 mövsümündə "Mançester Siti"dən icarə əsasında oynayıb.
Qeyd edək ki, bu mövsüm Kanselo 18 oyunda 2 qol vurub və 6 məhsuldar ötürmə edib.












