30 Mart 2026, 18:56
FUTBOL
"Fənərbaxça"nın müdafiəçisi Arçi Braun İspaniyada oynaya bilər.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Atletiko" ingiltərəli futbolçunu transfer etmək istəyir. Madrid təmsilçisi artıq Braunla danışıqlara başlayıb. İstanbul nəhəngi 23 yaşlı sol cinah müdafiəçisi üçün 15 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, "Fənərbaxça" Arçi Braunu mövsümün əvvəlində "Gent"dən transfer edivb. O, komandanın heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.












