30 Mart 2026, 11:50
FUTBOL
"Hoffenhaym"la müqaviləsi mövsümün sonunda başa çatan Ozan Kabak Türkiyəyə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
"Qalatasaray" türkiyəli mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. İstanbul nəhəngi yayda azad agent statusunda olacaq 26 yaşlı futbolçu ilə ilkin danışıqlara başlayıb.
Qeyd edək ki, Ozan Kabak "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "Hoffenhaym"ın heyətində keçirdiyi 19 oyunda 4 qol vurub.






_1774869758.jpg)





