Qana Futbol Federasiyası milli komandanın baş məşqçisi Otto Addo ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssis Almaniyaya 1:2 hesablı məğlubiyyətlə yekunlaşan yoldaşlıq oyunundan sonra istefaya göndərilib. Qanalı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Otto Oddo 2024-cü ilin martında Qana yığmasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest