ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino "Real" və "Tottenhem"in ona maraq göstərilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, argentinalı mütəxəssis heç bir klubla danışıq aparmadığını və bütün diqqətini yayda keçiriləcək dünya çempionatına yönəltdəyini bildirib:
"Hazırda heç bir danışıq yoxdur. Dünya çempionatına maksimum dərəcədə köklənmişik. Hamı bilir ki, mənim milli komanda qarşısında öhdəliklərim var. İndi gələcək haqqında danışmağın vaxtı deyil. Heç kim mənimlə əlaqə saxlamayıb. Amma kim bilir, nə baş verə bilər. Üstəlik, ABŞ millisində qalmağa da açığıq. Əgər federasiya işimizdən razı qalsa, niyə də yox?"
Xatırladaq ki, Poçettino 2014–2019-cu illərdə "Tottenhem"in baş məşqçisi olub. Bu müddət ərzində o, London təmsilçisinin sükanı arxasında 293 oyun keçirib.
Daha əvvəl yayılan məlumatlara görə, "Tottenhem" rəhbərliyinin bir hissəsi 54 yaşlı mütəxəssisin qayıtmasında maraqlıdır. Həmçinin bildirilirdi ki, məşqçinin özü də yenidən Premyer Liqa klubuna rəhbərlik etməyə qarşı deyil.




_1774961532.jpg)

_1774956965.jpg)



_1774953174.jpg)

