"Nyukasl" heyətinə yeni futbolçu cəlb edəcək.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ekvadorun "İndependyente del Valle" klubunda çıxış edən Yohan Martinesin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. 17 yaşlı vinger 18 yaşı tamam olduqdan sonra İngiltərə klubunun düşərgəsinə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest