“Real”ın futbolçusu Vinisius Junior UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya”ya qarşı keçiriləcək oyun ərəfəsində Madrid klubundakı gələcəyi barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, braziliyalı vinger "kral klubu"unda uzun illər qalmaq istədiyini deyib:
"Ümid edirəm ki, burada uzun müddət qala biləcəyəm. Müqaviləmin bitməsinə bir il qalıb. Biz çox sakitik, çünki klub prezidenti mənə güvənir. Özümüzə inanırıq, nə istədiyimizi bilirik və uyğun zamanda müqaviləni uzadacağıq. Burada uzun müddət qalmaq istəyirəm, çünki "Real" mənim arzularımın klubudur. Burada çox xoşbəxtəm”
Vinisiusun "Real"la hazırkı sözləşməsi 30 iyun 2027-ci il tarixinədək qüvvədədir. 25 yaşlı futbolçu bu mövsüm komandanın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 17 qol vurub və 13 məhsuldar ötürmə edib.










_1775499735.jpg)

