06 Aprel 2026, 18:24
ÇEMPİONLAR LİQASI
"Bavariya" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Real"ın qonağı olacaq.
Matc.az xəbər verir ki, vacib qarşılaşma öncəsi Münhen təmsilçisinin düşərgəsində sevindirici hal yaşanıb. Komandanın liderlərindən olan Harri Keyk kollektivlə birlikdə məşqdə iştirak edib.
İngiltərəli hücumçu Madridə yollanan heyətə daxil edilib. Baş məşqçi Vensan Kompani şans verəcəyi təqdirdə 32 yaşlı foorvard meydana çıxa bilər.
Keyn İngiltərə millisinin düşərgəsində zədələnmişdi. Təcrübəli futbolçu buna görə Bundesliqada "Frayburq"la matçda (3:2) iştirak etməyib.
Qeyd edək ki, "Real" - "Bavariya" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab matçı aprelin 15-də Münhendə olacaq.












