"Betis"in kapitanı İsko zədəsini sağaldıb.

Matc.az xəbər verir ki, ötən ilin noyabrında zədələnən ispaniyalı hücumameyilli yarımmüdafiəçi bu gün kollektivlə birlikdə məşq edib. Bu baarədə klubun mətbuat xidməti məlumat yayıb.

İsko artıq oynamağa hazırdır. Baş məşqçi şans verəcəyi halda, 33 yaşlı futbolçu qarşıdakı matçlarda meydana çıxa biləcək.

Qeyd edək ki, İsko bu mövsüm "Betis"in heyətində bütün turnirlərdə 2 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest