07 Aprel 2026, 11:35
FUTBOL
"Qalatasaray" "Jirona"dan icarəyə götürdüyü Yaser Asprilya ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, Super Liqanın lideri kolumbiyalı vingerin transfer hüquqlarına yiyələnməyəcək. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Sarı-qırmızılar" Asprilya üçün 20 milyon avroluq satınalma bəndini işə salmayacaq. 22 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra İspaniya klubunun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, "Qalatasaray" Yaser Asprilyanı bu ilin yanvarında icarəyə götürüb. Kolumbiya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində keçirdiyi 8 oyunda məhsuldar hərəkətlə yadda qalmayıb.












