"Komo"nun yarımmüdafiəçisi Maksimo Perrone İtaliyada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "calciocomo.it" portalı məlumat yayıb.

"İnter" argentinalı futbolunu transfer etmək istəyir. Milan təmsilçisi 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün 30 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Maksimo Perrone bu mövsüm "Komo"nun heyətində keçirdiyi 33 oyunda 3 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest