11 Aprel 2026, 12:46
FUTBOL
"Real" İspaniya La Liqasının 31-ci turunda evdə "Jirona" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Matc.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Alvaro Arbeloa qarşılaşmadan sonra komandasının çempionluq yarışını uduzması ilə bağlı şərhlərə cavab verib
"Çempionluq yarışını uduzduğumuzu yalnız bu baş verən gün qəbul edəcəyəm. O vaxta qədər mübarizə aparmağa davam edəcəyik. Komandamız hər gün meydana çıxmalı və klubun emblemini mümkün olan ən yaxşı performansla qorumalıdır", - deyə Arbeloa bilirib.
Qeyd edək ki, çempionatda 31 oyundan sonra "Real"ın 70 xalı var və ikinci yerdədir. "Barselona" isə 30 matçda 76 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.












