Türkiyə Super Liqasının XXVIII turunun "Beşiktaş"la matçında (1:0) zədələnən Marko Asensionun durumuna aydınlıq gəlib.

Matc.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçusunun sol dizinin çarpaz bağında gərilmə aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı hücumameyilli yarımmüdafiəçinin təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Marko Asensionu mövsümün əvvəlində PSJ-dən transfer edib. 30 yaşlı futbolçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 13 qol vurub, 14 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest