10 Aprel 2026, 14:47
FUTBOL
"Napoli" intizamsız davranışına görə əsas komandadan uzaqlaşdırılan Romelu Lukaku ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, İtaliya çempionu belçikalı hücumçu ilə yollarını ayıracaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Neapol təmsilçisi yayda Lukaku ilə müqaviləni ləğv edəcək. Klub 32 yaşlı forvardı pulsuz buraxacaq. Yəni futbolçunu transfer etmək istəyən klublardan təzminat tələb olunmayacaq.
Qeyd edək ki, Romelu Lukaku bu mövsüm "Napoli"nin heyətində keçirdiyi 7 oyunda 1 qol vurub.












