"Futbolçularım verdiyim tapşırıqları maksimum yerinə yetirdilər. Onlar döyüşkənlilik, mərdlik göstərdilər".
"Karvan-Yevlax" Misli Premyer Liqasının 28-ci turunda doğmma meydanda "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, görüşündən sonra ev sahibi komandanın baş məşqçisi Fizuli Məmmədov qarşılaşma ilə bağlı fikirlərini bildirib:
"Çətin oyun olacağını bilirdik. "Şamaxı" çempionatın ən möhkəm, ən strukturlu, hər fazada işləyən komandadır. Standart vəziyyətlərin bizim üçün çətin olacağını başa düşürdük. Oyun çox gərgin keçdi.
Görüşə çox ciddi hazırlaşmışdıq. Futbolçularım verdiyim tapşırıqları maksimum yerinə yetirdilər. Onlar döyüşkənlilik, mərdlik göstərdilər. Göstərdikləri performansa görə futbolçularıma təşəkkür edirəm. Çox əzmkar idilər. Qarşıdakı görüşə hazırlaşacağıq".



_1776538004.jpg)








