UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

Matc.az xəbər verir ki, bu gün yarımfinala vəsiqə qazanan digər iki komandanın adına aydınlıq gəlib.

"Bavariya" hər iki oyunda "Real"a qalib gələrək yarımfinalda PSJ-yə rəqib olub.

"Arsenal" - "Sportinq" matçında hesab açılmayıb. İlk oyunda qələbə qazanan London klubu yarımfinalda "Atletiko" ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel

"Bavariya" (Almaniya) – "Real" (İspaniya) - 4:2
Qollar:
Pavloviç, 6, Keyn, 38, Dias, 89, Olis, 90+5 // Gülər, 1, 29, Mbappe, 42
Qırmızı vərəq: Kamavinqa, 86
(İlk oyun - 2:1)

"Arsenal" (İngiltərə) – "Sportinq" (Portuqaliya) - 0:0
(İlk oyun - 1:0)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest