22 Aprel 2026, 10:28
FUTBOL
İngiltərə çempionu olmuş "Lester Siti" çətin günlər yaşayır.
Matc.az xəbər verir ki, "tülkülər" I Liqaya (səviyyəcə 3-cü) düşüb.
Qari Rovettin rəhbərlik etdiyi kollektiv Çempionşipin 46-cı turunda doğma meydanda "Hall Siti" ilə 2:2 hesablı heç-heçə edib. Komanda mövsümün bitməsinə iki tur qalmış 42 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb və 21-ci yerdə olan "Blekbörn"dən 7 xal geri qalır.
Qeyd edək ki, "Lester Siti" 2015/2026 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.




_1776858447.jpg)







